
ABŞ-ın Texas ştatında “Okean ulduzu” Dəniz qazma qurğusu muzeyi və Təhsil Mərkəzində Azərbaycan neftçiləri haqqında məlumat-lövhə yer alır.
AZƏRTAC xəbər verir ki, muzeydə Qərb ölkələrinin görkəmli mütəxəssisləri ilə yanaşı, əfsanəvi Neft Daşları yatağını kəşf edən azərbaycanlı geoloq Ağa Qurban Əliyevin və istedadlı qazma mütəxəssisi Yusif Səfərovun neft sənayesində rolu haqqında məlumatların yer alması qürurvericidir.
“Okean ulduzu” Dəniz qazma qurğusu muzeyi və Təhsil Mərkəzi 1997-ci ildən fəaliyyət göstərir. Muzey yararsız muzey-qurğuda yerləşir və buranı hər il 40 mindən çox turist ziyarət edir. Muzeyin “Sənaye pionerlərinin şöhrəti zalı”nda neft-qaz sektorunun qabaqcılları haqqında məlumatlar yerləşdirilib.
Xəzərdə neft yataqlarının çoxunun kəşfi Ağa Qurban Əliyevin adı ilə bağlıdır. Yusif Səfərov isə regionda çoxbölməli dəniz platformalarının əsas qurucularından biri olub. 1949-cu ildə 1100 metr dərinlikdə ilk dəniz yatağının açılması və birinci quyunun qazılması məhz bu iki neftçinin adı ilə bağlıdır. Sonradan ada böyük bir qəsəbəyə çevrilərək Neft Daşları adını alıb.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











