Azərbaycanın müstəqillik qazandığı ilk vaxtlardan Macarıstan onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto fevralın 3-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında bildirib.
Nazir deyib ki, Macarıstan neft və enerji sahələrində Azərbaycanla sıx əməkdaşlıq edir.
“Macarıstan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. İndi də Macarıstan şirkətləri Qarabağda aparılan bərpa və quruculuq işlərində iştirak etməyə hazırdır. Bundan başqa, alternativ enerji istehsal edən müəssisələrin inşasına, dini və tarixi abidələrin bərpasına kömək göstərəcəyik”, – deyə nazir əlavə edib.
















“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











