
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısı ilə Fatih Birolun bundan əvvəlki görüşü məmnunluqla xatırlandı.
Görüşdə COP29-a hazırlıqla bağlı Azərbaycanda görülən işlər barədə fikir mübadiləsi aparıldı.
Ölkəmizlə Beynəlxalq Enerji Agentliyi arasında səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluq bildirildi. Azərbaycanda yaşıl enerjinin inkişafı istiqamətində atılan uğurlu addımlar qeyd edildi, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulandı.
Söhbət zamanı əməkdaşlığın perspektivləri müzakirə olundu.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









