
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub.
AZƏRTAC xəbər verir ki, “PMD Group” MMC-nin layihə rəhbəri Kamil Əliyev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, hotelin ərazisi 1,5 hektar olacaq. Burada eyni zamanda 241 nəfər qala biləcək. Hoteldə ümumi 116 nömrə olacaq. Burada restoran, çoxfunksiyalı iclas otaqları, idman zalı və açıq terras yaradılacaq. Yeni hoteldə ümumilikdə 120 nəfər işlə təmin ediləcək.
Dövlətimizin başçısı yeni hotelin təməlini qoydu.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











