Azərbaycan Respublikası silahlı münaqişə nəticəsində itkin düşmüş şəxslər və ümumilikdə müharibə qurbanları ilə bağlı humanitar problemlə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başlandığı 1988-ci ildən etibarən üzləşib. Vətəndaşlarımız və dövlət qurumlarımız uzun müddətdir ki, bu ağır təzahürün mənəvi-psixoloji nəticələrinin aradan qaldırılması üçün gərgin əmək sərf edirlər.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov iyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.
Onun sözlərinə görə, intensiv hərbi əməliyyatların getdiyi I Qarabağ müharibəsi zamanı və 1994-cü ildən 2020-ci ilə qədər davam etmiş işğal dövründə Ermənistan silahlı birləşmələri tərəfindən etnik təmizləmə və soyqırımı cinayətləri törədilib, mülki azərbaycanlı əhali kütləvi şəkildə qətlə yetirilib, əsir-girov götürüldükdən sonra qeyri-insani şəraitdə saxlanılaraq dəhşətli işgəncələrə və məhrumiyyətlərə, humanizm prinsiplərindən kənar rəftara məruz qoyulub. Bütün bu hallar vətəndaşlarımızın itkin düşməsinə və taleyinin qeyri-müəyyən qalmasına səbəb olub. “Bütün çətinliklərə baxmayaraq, müharibə qurbanları, o cümlədən əsir-girov götürülmüş və itkin düşmüş vətəndaşlarımızla bağlı məsələlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, sonradan isə Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub. Bu il iyunun 30-na olan məlumata əsasən, Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 4004-ü I Qarabağ müharibəsində, 6-sı isə 2020-ci ildə baş vermiş 44 günlük II Qarabağ müharibəsində itkin düşüblər. 4010 nəfərdən 3228-i hərbçi, 782-si mülki şəxslərdir. Mülki şəxslərdən 71-i yetkinlik yaşına çatmamış uşaq, 288-i qadın, 319-u qocadır”, – deyə rəis müavini bildirib.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











