“ABŞ güclü, müstəqil, çiçəklənən və demokratik Azərbaycan görmək istəyir, Azərbaycanın necə mürəkkəb bölgədə yerləşdiyini də anlayır”.
APA-nın məlumatına görə, bunu ABŞ-Azərbaaycan əməkdaşlığının perspektivlərini dəyərləndirən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
R. Sekuta bildirib ki, iki ölkənin əməkdaşlığı eyni dərəcədə əhəmiyyətli üç sahəni əhatə edir: “Birinci sahə enerji və iqtisadiyyat, ikinci sahə demokratiya, insan haqları və qanunun aliliyi, üçüncü sahə isə təhlükəsizlikdir. Bu üç sahənin hər biri eyni əhəmiyyətə malikdir, bu gün də belədir, sabah da belə olacaq”.
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azadlığa buraxılmasına da münasibət bildirən R. Sekuta qeyd edib ki, onun saxlanılması ilə bağlı narahatlıqlarını ifadə ediblər: “Biz Mehman Əliyevin azadlığa buraxılmasını pozitiv qiymətləndiririk. İnanırıq ki, bu pozitiv addım Azərbaycanda demokratiya və insan haqlarına pozitiv yanaşmanın bir başlanğıcı olacaq”.
https://apa.az/xarici_siyaset/robert-sekuta-abs-azerbaycan-emekdasligi-eyni-derecede-ehemiyyetli-uc-saheni-ehate-edir-2381.html

















“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











