Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb
Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Milli Məclisə seçkilərin ilkin nəticələrinə dair “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib.
Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Milli Məclisə seçkilərin ilkin nəticələrinə dair “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib.
Fransanın “Opinion Way” Sosioloji Araşdırmalar İnstitutunun “İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondu ilə birgə parlament seçkilərində keçirdiyi “exit-poll”un nəticələri elan edilib. Sorğunun 236 seçki məntəqəsində 10 min 119 seçici arasında aparıldığı bildirilib.
Saat 08:00-dan 14:00-dək parlament seçkilərini işıqlandıran jurnalistlərdən Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə 4 müraciət daxil olub.