Beynəlxalq təşkilatlar və hökumət başçıları iqlim dəyişikliyinin təsirləri ilə mübarizəni və qorunan ərazilərin artırılmasını müzakirə edirlər. Bu məsələlər Marseldə açılan Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin konqresinin əsas mövzularından idi.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, konqres iştirakçıları arasında BMT rəhbərliyinin, beynəlxalq birliklərin nümayəndələri, Avropa İttifaqının yüksəkvəzifəli məmurları var. Aktyor və “Conservation International” təşkilatının İdarə Heyətinin üzvü Harrison Ford əsas çıxış edənlərdən biri idi: “Yer üzündə əvəzolunmaz ekosistemlər var. Onlar karbon və biomüxtəliflik baxımından zəngindir. Biz bu bataqlıqların, tropik meşələrinin, mangrove bitkilərinin kiçik bir hissəsini belə xilas etsək, ətrafımızdakı təbiəti, nəfəs aldığımız havanı, suyu, qidanı, iş yerlərini və iqlim şəraitini qoruya bilərik”.
Marseldə keçirilən konqresdə UNESCO-nun rəhbəri Odre Azule 2030-cu ilə qədər dünyada qorunan təbiət ərazilərinin sahəsini iki dəfə artırmağa çağırıb. Bu arada Fransa, dənizlərin və okeanların qorunması üzrə işi gücləndirmək üçün zirvə görüşü keçirəcəyinə söz verir.
















“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











