
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Xocalı və Xankəndi şəhərlərinə növbəti infotur təşkil olunub.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində təşkil edilən infoturda müxtəlif peşə sahibləri iştirak ediblər.
İnfotur iştirakçıları Xocalı və Xankəndi şəhərləri ilə tanış olub, burada həyata keçirilən bərpa və quruculuq işləri, yaradılan məşğulluq imkanları barədə ətraflı məlumatlandırılıblar. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu şəhərlərdə genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir, infrastruktur bərpa olunur və burada yaşayan sakinlər üçün müasir şərait yaradılır.
İnfotur çərçivəsində iştirakçılar Qarabağ tekstil fabrikinə baş çəkiblər. Onlara müəssisənin fəaliyyəti, iş şəraiti və əmək resurslarının idarə edilməsi prinsipləri barədə ətraflı məlumat verilib.
Daha sonra iştirakçılar Qarabağ Universitetində olublar. Onlara burada yaradılmış təhsil infrastrukturu, tədris şəraiti və qarşıdakı inkişaf planları haqqında məlumat verilib.
İnfotur iştirakçıları səfərin faydalı və maarifləndirici olduğunu qeyd ediblər.
İşğaldan azad edilmiş digər ərazilərə də Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində infoturların təşkili davam etdiriləcək.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











