Xudafərin gömrük-keçid məntəqəsinin açılması Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirak etmək, iqtisadi əlaqələri daha da genişləndirmək və vətəndaşların qarşılıqlı səfərlərini asanlaşdırmaq üçün əhəmiyyətlidir. Bu məntəqə iki qonşu və dost dövlətin iqtisadi-ticarət əlaqələrinin inkişafına təkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. O bildirib ki, Təbrizin Azərbaycan ərazisinə yaxın olması səbəbindən bu gömrük məntəqəsinin açılması, Qarabağın yenidənqurma prosesində İran şirkətlərinin iştirakını təmin edəcək. Ehtiyac duyulan avadanlıqların və əşyaların verilməsində çox vacib və həlledici rol oynayacaq. Artıq valinin imzası ilə gömrük-keçid məntəqəsinin yaradılması tələbi ilə hökumətə müraciət hazırlanır.
Xudafərin körpüsünün yenidən qurulması nəticəsində İranın Şərqi Azərbaycan vilayəti ilə Azərbaycan Respublikasının işğaldan azad edilən rayonları ilə əlaqələr inkişaf edəcək. Bu əlaqələrin qurulub inkişaf etdirilməsi isə İran üçün prioritet siyasi xətdir.
Ə.Cahangiri vurğulayıb ki, Xudafərin gömrük-keçid məntəqəsinin açılışı Türkiyə daxil olmaqla, bölgə ölkələrinin İranın tranzit imkanlarından istifadə etmək hüququ yaradacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









