ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri, konqresmen Stiv Şabot Azərbaycan Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə bəyanatla çıxış edib.
AZƏRTAC xəbər verir ki, bəyanatda Azərbaycanın müstəqil ölkə kimi fəxarət dolu tarixə malik olduğu, 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası qurduğu diqqətə çatdırılır. Həmçinin ölkəmizin qadınlara səsvermə hüququ verən ilk dövlətlər sırasında olduğu vurğulanır.
Azərbaycanın müstəqilliyinin Sovet İttifaqı tərəfindən əlindən alınmasına baxmayaraq, Sovet İttifaqı dağılandan sonra Azərbaycanın yenidən müstəqillik qazandığı və bu il müstəqilliyinin 30 illiyinin əlamətdar hadisə olduğu qeyd edilir.
Eyni zamanda ölkəmizin bu gün ABŞ-ın və müttəfiqlərinin yaxın tərəfdaşı olduğu, ABŞ-ın və NATO-nun Əfqanıstandakı missiyası boyu Əfqanıstana stabil bağlantı üçün əsaslı rol oynadığı və terrorçuluq əleyhinə geniş müharibədə ABŞ-la tərəfdaşlıq etdiyi bildirilir. Bununla yanaşı, Azərbaycanın yəhudi icması və İsrail ilə möhkəm münasibətlərə malik olması barədə məlumat verilir. Azərbaycanın Avropaya əsas enerji təchizatçısı olduğu və diversifikasiyaya əhəmiyyətli töhfə verdiyi, ötən ilin dekabr ayında fəaliyyətə başlamış Cənub Qaz Dəhlizi ilə Azərbaycanın əhəmiyyətinin daha da artacağı diqqətə çatdırılır.
AZƏRTAC-ın Vaşinqton bürosu
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











