
Azərbaycan Ordusunda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2022-ci tədris ili üçün birgə tədbirlər planı hazırlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, plana əsasən, ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirləri çərçivəsində Azərbaycan Ordusunun hərbi hissə və birləşmələrində, xüsusi təyinatlı təhsil müəssisələrində seminar və görüşlərin keçirilməsi nəzərdə tutulub.
Tədbirlərdə cəmiyyət arasında gənclərin bu zərərli vərdişlərə meyillilik hallarının qarşısının alınması istiqamətində görülən işlər, Azərbaycan Ordusunda narkomaniyaya qarşı mübarizə tədbirləri, o cümlədən narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomaniyanın doğurduğu faciələr və digər mövzularla bağlı ətraflı məlumat veriləcək.
Seminar və görüşlərdə hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılacaq.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











