Qarabağın incisi, dağlar gözəli Şuşa may-iyun aylarında daha da cəlbedici olur. Xüsusən Cıdır düzündən açılan təbiət mənzərələri insanı valeh edir. Ətrafdakı sal qayaların, yaşıl örtüklü dağların, Günəşin qızıl şüalarına bürünmüş zümrüd meşələrin gözəlliyini, aşağıda Daşaltı dərəsindən axan Daşaltı çayının şırıltısı füsunkar təbiət harmoniyası yaradır. Ərazi başdan-başa çəmənlik və çöl çiçəkləri ilə bəzənib. Al-əlvan çiçəklərin yaratdığı tablolar insanın ruhunu oxşayır, qəlbə sakitlik gətirir.
AZƏRTAC-ın bölgə müxbiri Tahir Ağaməmmədovun Cıdır düzündə çəkdiyi görüntüləri təqdim edirik.















05.06.2025
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










