Azərbaycanın füsunkar və təbiət gözəllikləri ilə zəngin bölgələrindən olan Kəlbəcər rayonunun Ağdaban kəndi həm də tarixində dərin izlər buraxan faciənin şahididir. Aprel ayının gəlişi ilə təbiətin canlanması burada bir tərəfdən ümid, digər tərəfdən isə dərin sükutla qarşılanır. Çünki bu torpaqlar 34 il əvvəl bəşəriyyət tarixində “Ağdaban faciəsi” kimi həkk olunan dəhşətli bir gecənin izlərini hələ də daşıyır.
AZƏRTAC xəbər verir ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları tərəfindən 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb. Kəndin 779 nəfər dinc sakini qeyri-insani işgəncələrə məruz qalıb, 67 nəfər qətlə yetirilib, 2 nəfər itkin düşüb, 12 nəfər ağır bədən xəsarəti alıb, 5 nəfər isə girov götürülüb.
Bu gün faciənin ildönümündə kəndin xarabalıqları sanki dil açıb o ağır günlərin kədərini pıçıldayır. Bir tərəfdə dağıdılmış evlərin ürək dağlayan mənzərəsi dayanır, digər tərəfdə isə ağ örpəyə bürünmüş Murovdağ, təzəcə yaşıllaşmağa başlayan yaylaqlar, baş qaldıran dağ çiçəkləri və təbiətin sükutunu pozan çayın şırıltısı kədərlə ümidin qoşa addımladığını göstərir.
Müxbir – Tahir Ağaməmmədov





























Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











