Kəlbəcərin füsunkar təbiəti qışın gəlişi ilə tamamilə fərqli bir gözəlliyə qovuşub. Uca dağlar və sıldırım qayalar ağ örpəyə bürünərək gözoxşayan mənzərələr yaradıb. Qar altındakı meşələr və dərələr bölgəyə xüsusi bir sakitlik və əsrarəngizlik bəxş edir. Bu bəyaz mənzərə Kəlbəcərin qədimliyini və vüqarını bir daha gözlər önünə sərir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dağların ətəyində ucalan müasir üslublu yeni yaşayış binaları bu qədim diyarda həyatın tam fərqli bir keyfiyyətlə yenidən başladığını göstərir. Dağların ağ örpəyə büründüyü qarlı mənzərələr Kəlbəcərin həm də əvəzsiz qış turizmi mərkəzinə çevriləcəyindən xəbər verir. Çətin relyefə baxmayaraq, salınan yeni yollar və qurulan infrastruktur dövlətimizin bu bölgəyə verdiyi böyük önəmin bariz nümunəsidir.
























Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










