Fotoqraf: Elnur Babayev
Elnur Babayev 1962-ci ildə Bakıda anadan olub. 1981-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. 1988-ci ildən etibarən xarici jurnallar üçün fotolar çəkib. Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. 1995-ci ildə UNİCEF-in, o cümlədən World Press Photo və Mother Jones foto müsabiqələrinin qalibi olub. ABŞ-da, Fransada, Böyük Britaniyada, Almaniyada, Avstriyada, Tunisdə, Finlandiyada, Rusiyada keçirilən fərdi və qrup sərgilərində fotoları nümayiş olunub. Elnur Babayevin çəkdiyi fotoların bir qismi dövlət muzeylərində, şəxsi kolleksiyalarda o cümlədən Vyanadakı “Niederosterreich Landers Museum”da, Parisdəki Fransanın Mədəniyyət Nazirliyinin qalereyasında, Moskvadakı Muasir İncəsənət Muzeyində saxlanılır.
“Köçkün düşərgəsində bir gün” albomundakı fotolar 1996-cı ildə, İmişli və Saatlı rayonlarındakı məcburi köçkünlərin məskunlaşdıqları çadır düşərgələrində çəkilib. Burada erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonundan olan məcburi köçkünlər yaşayırdı. Qeyd edək ki, 2003-2008-ci illərdə həyata keçirilən dövlət proqramı çərçivəsində bütün çadır düşərgələri ləğv edilib.
1905.az saytının təqdim etdiyi bu fotolar Azərbaycan Fotoqraflar Birliyinin arxivindən götürülüb.
































Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










