FOTOQRAF: ED KAŞİ
Nyu-Yorkda yaşayan Ed Kaşi dünyanın məşhur fotojurnalistlərindən biridir. , “National Geographic”, “Newsweek”, “Time” və “The New York Times” kimi mətbuat orqanlarında işləyib. “VII Photo” təşkilatının həmtəsisçisi olan Ed Kaşi münaqişə və aclıq bölgələrində çəkdiyi fotolarla məşhurdur. 2013-cü ildə Azərbaycanda olan fotojurnalist “Həyata keçməyən arzular” layihəsi çərçivəsində Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan və 20 ildir köçkün həyatı yaşayan insanların gündəlik həyatından bəhs edən sənədli fotoşəkillərini nümayiş etdirib.
“Həyata keçməyən arzular: Azərbaycanlı köçkünlər” adlı sərgisi Londonun nüfuzlu Oxo qalereyasında “VII Photo” təşkilatı və Avropa Azərbaycan Cəmiyyətinin (AAC) birgə təşkilatçılığı ilə reallaşıb. “Həyata keçməmiş arzular: Azərbaycanlı qaçqınlar” adlı sərgidən bəzi fotoları təqdim edirik.
Mənbə: http://www.bbc.co.uk/turkce/multimedya/2014/04/140410_galeri_azeri_gocmenler.shtml































Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










