
Azərbaycanın mədəniyyət paytaxtı və Qafqazın incisi hesab olunan Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Məscidlər bu şəhərin həm dini, həm də memarlıq tarixində xüsusi yer tutur. Qədim Şuşada 17 məhəllə, hər məhəllədə məscid, hamam və bulaq olub.
Dini və memarlıq irsimizin nadir inciləri olan Şuşa məscidləri şəhərin qonaqlarının maraq göstərdikləri məkanlardandır. Vaxtilə işğal altında olan Şuşada digər abidələr kimi, məscidlər də erməni vandalizminə məruz qalıb. Şəhər işğaldan azad olunandan sonra digər ibadət məkanları kimi, Saatlı, Mamayı, Çöl qala məscidləri də bərpa olunub.
Mamayı məscidi şəhərin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsində XIX əsrin sonlarında tikilib. Düzbucaqlı plan quruluşu olan məscidin sütunlu interyeri var. Məhəllə məscidləri kimi Mamayı məscidinin də damında azan vermək üçün taxtadan güldəstə quraşdırılıb.
Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında Saatlı məhəlləsində inşa olunub. Saatlı məscidini Şuşanın digər məhəllə məscidlərindən fərqləndirən əsas xüsusiyyət onun minarəyə malik olmasıdır.
Çöl qala məscidi Şuşa şəhərinin yuxarı məhəllələrinə daxil olan Çöl qala məhəlləsində yerləşir. Bu tarixi abidə XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa olunub. Məscid minarəsiz formada tikilib, Şuşa şəhərinin əksər məscidləri kimi düzbucaqlı, ümumi girişi isə asimmetrik şəkildə düzülmüş əsas fasaddan ibarət olub. Çöl qala məscidinin daxili hissəsi səkkizguşəli dörd daş sütunla bəzədilib. Bu sütunlar ümumi ibadət zalını üç hissəyə ayırır.
https://video.azertag.az/site/video/297671
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Şuşa məscidləri.
Şuşa, 19.02.2026, Tahir Ağaməmmədov






















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











