
Parisdə Beynəlxalq Enerji Agentliyinin qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masa işə başlayıb.
AZƏRTAC xəbər verir ki, toplantıda ölkəmizi xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev təmsil edir. Dəyirmi masada dünyanın iqlim və enerji liderləri, müxtəlif ölkələrdən rəsmi nümayəndələr, diplomatlar iştirak edirlər. Dəyirmi masada COP28-in prezidenti Sultan əl-Cabirin rəhbərliyi ilə keçirilən müzakirələrin əsas məqsədi Birləşmiş Ərəb Əmirlikləri konsensusu çərçivəsində COP28-in nəticələrinə nəzər yetirmək və COP29 üçün növbəti addımları müəyyən etməkdir.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











