
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini ürəkdən istəyir”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinq zamanı bildirib.
Brifinq zamanı erməni jurnalist Azərbaycan prezidenti İlham Əliyevin son çıxışlarından birindən sitat gətirib. Sitat ATƏT-in Minsk qrupunun destruktiv fəaliyyəti ilə bağlı olub. “Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyətini destruktiv adlandırıb. Həmsədr ölkə kimi, Rusiya Azərbaycan prezidentinin fikirlərinə necə münasibət bəsləyir?” – deyə jurnalist soruşub.
M. Zaxarova cavabında bildirib ki, söhbətin konkret olaraq hansı həmsədrdən getdiyini dəqiqləşdirmək gərəkdir: “Siz Azərbaycan tərəfi ilə hansı həmsədr ölkədən söhbət getdiyini dəqiqləşdirin. Biz öz ünvanımıza bunu götürə bilmərik. Uzun illər ərzində Rusiya səmimi və vicdanlı məqsədini sübut edib. Ürəkdən istəyirik ki, Dağlıq Qarabağ münaqişəsi həll olunsun”.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











