
1992-ci il fevralın 29-da Bosniya və Herseqovina referendum keçirərək öz müstəqilliyini elan etdi. Aprelin 6-da ABŞ və Avropa İttifaqı Bosniya və Herseqovina Respublikasını tanıdı və yerli serb hakimiyyəti paytaxt Sarayevonu tərk elədi. Məhz bundan sonra şəhər Serbiya və Yugoslaviya xalq ordusu tərəfindən mühasirəyə alındı. Bu mühasirə təxminən 4 ilə yaxın (6 aprel 1992- 29 fevral 1996) davam elədi.
Paytaxt Sarayevo qurudan və havadan blokadaya alınmışdı. Şəhərin əksər bölgələrində su və işıq kəsilmişdi. Serb ordusu paytaxt ətrafındakı bütün yüksək təpələrdə postlar quraraq bütün giriş və çıxışlara nəzarət edirdilər. Onlar gördükləri hər kəsə, o cümlədən qadınlara, uşaqlara və yaşlılara atəş açırdılar. Sarayevoya mütəmadı olaraq ağır artileriya zərbələri endirilir, snayperçilər bütün kvartallarda dinc sakinləri qətlə yetirirdi. Bu hadisənin qurbanları arasında nəinki yerli müsəlmanlar hətta onları müdafiə edən serb ailələr də var idi. Əsgərlər istədikləri vaxt evlərə daxil ola, qadınlara təcavüz edə, insanları gülləyə və onları əsir düşərgələrinə apara bilərdilər.
Nəticədə bu etnik müharibədə əksəriyyəti müsəlmanlar olan 100 minə yaxın dinc sakin qətlə yetirildi. Bir o qədər də insan qaçqın düşdü.
1905.az saytı bu hadisəni özündə əks etdirən foto reportajı təqdim edir.







































Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











