İşğaldan azad edilmiş Qarabağa səfər edən beynəlxalq səyyahlar qrupu Füzuli və Xocavənd rayonlarından sonra Şuşa şəhərinə gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onların səfəri Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidən başlayıb.
Şuşanın girişində beynəlxalq səyyahlar Xankəndi-Laçın yolu üzərində iki aya yaxındır fasiləsiz davam edən aksiyanın iştirakçıları ilə söhbət ediblər. Aksiya fəalları tələbləri barədə məlumat veriblər. Bildirilib ki, bu aksiya Azərbaycanın suveren ərazisində mədəni sərvətlərin qanunsuz istismarına, talanmasına və daşınmasına qarşıdır.
On iki ölkəni təmsil edən səyyahlar yolun humanitar məqsədlər üçün açıq olmasına, aksiya iştirakçılarının dinc şəkildə şüarlar səsləndirməsinə şahidlik ediblər. Dünya səyyahları aksiyada iştirak edən gənclərlə tanış olub, onlarla şəkillər çəkdiriblər.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











