Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını milli bayram – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Zati-alinizin TÜRKSOY-a göstərdiyi qayğını və dəstəyi, ortaq türk mədəniyyətinin inkişafında və təbliğ olunmasında rolunu yüksək qiymətləndirir.
Əmin ola bilərsiniz ki, TÜRKSOY təşkilatı ilə Azərbaycan Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə davam etdiriləcək və TÜRKSOY çərçivəsində həyata keçiriləcək beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyəti, incəsənəti layiqincə təmsil olunacaqdır.
Fürsətdən istifadə edərək, həmçinin müqəddəs Ramazan bayramınızı təbrik edir, Zati-alinizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq, tərəqqi arzulayıram.
Dərin hörmət və ehtiramla,
Düsen Kaseinov
TÜRKSOY-un Baş Katibi
















Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb











