
Qazaxıstanın bir sıra media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılışındakı çıxışını işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, materiallar xüsusilə “NUR.KZ”, “Ulysmedia.kz”, “Kursiv.media” və “Lada.kz” saytlarında dərc edilib.
Qazaxıstan mediası Prezident İlham Əliyevin Azərbaycan ərazisi üzərindən yük tranziti, rəsmi Bakının Avropa Şurası və ABŞ ilə münasibətləri, Azərbaycan-Rusiya münasibətlərinin normallaşması və bir sıra digər məsələlərlə bağlı fikirlərini işıqlandırıb.
Prezident İlham Əliyevin Qazaxıstan, Rusiya və digər ölkələrdən 40 min tondan çox yükün Azərbaycan ərazisindən Ermənistana daşınması ilə bağlı səsləndirdiyi fikir medianın diqqətini xüsusilə cəlb edib. Materialda Azərbaycan dövləti başçısının bir çox ölkələrin yanacaq mənbələrinə çıxışda çətinlik çəkdiyi bir vaxtda Ermənistanın etibarlı təchizatçı kimi Azərbaycana güvəndiyini söylədiyi sitat gətirilib.
Qazaxıstan mediası Prezident İlham Əliyevin Avropa Şurasında Azərbaycana qarşı ayrı-seçkilik münasibəti və ölkənin bu təşkilatdakı üzvlüyünə birdəfəlik xitam verilməsi ehtimalı ilə bağlı fikirlərinə istinad edib. Məqalələrdə, həmçinin Azərbaycan Prezidentinin Avropa Şurasının Baş katibinin ondan belə bir addım atmamasını və vəziyyəti yaxşılaşdırmaq üçün yollar tapmasını xahiş etməsi barədə fikrinə də istinad edilib.
Bundan əlavə, məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan ilə Rusiya arasında münasibətlərin tam normallaşdırılması ilə bağlı fikrinə, iki ölkə arasında aktiv əlaqələrin hökumətlər, hökumətlərarası komissiya, xarici işlər nazirlikləri və prezident administrasiyaları səviyyəsində saxlanıldığı barədəki fikirlərinə diqqət yetirilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
















Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb











