Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov mayın 25-də Avstriyaya işgüzar səfəri çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı nazir Azərbaycanın ATƏT ilə əməkdaşlığa önəm verdiyini qeyd edib. Ceyhun Bayramov 30 il davam edən münaqişəyə 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın imzalanması ilə son qoyulduğunu diqqətə çatdırıb və bəyanatın hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün geniş imkanlar yarandığını vurğulayıb.
Görüşdə, həmçinin üçtərəfli bəyanatlardan irəli gələn bir sıra məsələlər müzakirə edilib, xüsusilə regional nəqliyyat bağlantılarının açılmasının Ermənistan da daxil olmaqla, bütün region dövlətləri üçün yeni imkanlar açdığı və Ermənistan üçün iqtisadi əməkdaşlıq və inkişafdan yararlanmaq imkanının yarandığı bildirilib.
Tərəflər, eyni zamanda, münaqişəsonrası bölgədə yaranan yeni vəziyyət, regionda baş verən proseslər, üçtərəfli bəyanatların icrası istiqamətində həyata keçirilən tədbirlər, ATƏT ilə əməkdaşlıq məsələləri, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesləri barədə fikir mübadiləsi aparıblar.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











