
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı işləri çərçivəsində sakinlər və işəgötürənlərlə növbəti görüşlər keçirib.
Bu barədə AZƏRTAC-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Ağdərənin Həsənriz və Zəngilanın Ağalı kəndlərinə köç etmiş sakinlərlə görüşlər zamanı onların məşğulluqla bağlı müraciətləri dinlənilib. Aktiv məşğulluq proqramları barədə onlara məlumatlar verilib və məşğulluq imkanlarına uyğun olaraq bu proqramlara cəlb edilmələri istiqamətində müvafiq tədbirlər planlaşdırılıb.
Şuşanın Kiçik Qaladərəsi kəndinə yeni köç edən sakinlərə evlərinin açarlarının təqdim olunması mərasimində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları da iştirak ediblər. Onlar sakinlərə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat veriblər. Yaxın günlərdə sakinlərlə fərdi qaydada əlaqə saxlanaraq məşğulluqlarının təminatı istiqamətində işlərin aparılacağı bildirilib.
Zəngilanın Ağalı kəndində 18 işəgötürənlə keçirilən görüşdə isə yerli sakinlərin məşğulluğunun dayanıqlı təminatı istiqamətində görülən birgə işlər, habelə yeni fəaliyyətə başlayan işəgötürənlərin kadr ehtiyaclarının yerli sakinlərin işlə təminatı hesabına qarşılanması məsələsi müzakirə edilib. Peşə hazırlığının təşkili, əməkhaqqının birgə maliyyələşdirilməsi proqramlarına, əhalinin məşğulluğunun təmin edilməsi üçün görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.
















Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb











