Ölkəmizin ucqar sərhədləri ağ dona bürünüb.
Bu, təbiətdə gözəl, füsunkar mənzərə yaradır. Sərhədçilərin işi isə belə havalarda daha çətin və məsuliyyətli olur.
AZƏRTAC xəbər verir ki, havanın necə olmasından asılı olmayaraq, sərhəd keşikçiləri həmişə ayıq-sayıqdırlar. Buz bağlayan zirvələr, iliyə işləyən sazaqlı hava şəraiti, qarla örtülü səngərlər onların bir an da olsa sayıqlığına xələl gətirə bilməz. Əksinə belə havalarda daha çox diqqət və fədakarlıq tələb olunur.
İndi sərhədlərdə elə yerlər var ki, hər tərəfi örtən bəyaz qar adama boy vermir. Onlar qarlı zirvələri öz isti nəfəsləri ilə qızdıraraq müqəddəs sərhədlərimizin toxunulmazlığının keşiyindədirlər. Nə əsən külək, nə yağan qar, nə çətin və mürəkkəb dağ relyefi onları qorxuda bilməz. Çünki onların başları üstündə üçrəngli Azərbaycan Bayrağı dalğalanır… Sərhədçilər hər cür hava şəraitində müqəddəs amala xidmət etməkdən və Vətəni göz bəbəyi kimi qorumaqdan qürur duyurlar.
16.01.2024, AZƏRTAC





























“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











