HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Xarici işlər nazirinin müavini Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin rəhbərləri ilə görüşüb

Mayın 23-də Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici Əlaqələr Komitələrinin üçtərəfli birgə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Akif Çağatay Kılıç və Gürcüstan Parlamentinin Xarici Komitəsinin sədri Nikoloz Samxaradze ilə görüşüb.

Gürcüstanın din xadimləri Şuşa şəhərində səfərdədirlər

Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə ölkəmizdə səfərdə olan Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti Ağdam və Füzulidən sonra Şuşa şəhərinə gəliblər.