HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Moldovada Azərbaycan xalçalarına həsr olunmuş sərgi açılıb

Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və məktəbinin Avropada tanıdılması məqsədilə Kişineu şəhərindəki Moldova Milli Tarix Muzeyində Azərbaycan xalçalarına həsr olunmuş sərgi açılıb.

Malayziyada Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Malayziyanın ən böyük ali məktəblərindən olan MARA Texnologiya Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş FİDE reytinqli sürətli şahmat turniri keçirilib. Malayziyada artıq 3-cü dəfə, ənənəvi olaraq hər ilin mayında Azərbaycan səfirliyinin dəstəyi ilə Malayziya Şahmat Federasiyasının təşkil etdiyi turnirdə bu il də müxtəlif yaş kateqoriyası üzrə çox sayda şahmatçı öz qüvvəsini sınayıb.