Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Çex Respublikasının sənaye və ticarət naziri xanım Marta Novakovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Çex Respublikasının Prezidenti Miloş Zemanın Azərbaycana səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfərdən ötən dövr ərzində ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini dedi. Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğunu qeyd edən dövlətimizin başçısı ticarət dövriyyəsinin artdığını vurğuladı, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanların müəyyənləşdirilməsinin zəruriliyini bildirdi. İqtisadi tərəfdaşlığın geniş gündəliyə malik olduğunu, bir sıra Çex şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd etdi.
Başçılıq etdiyi nümayəndə heyətinə çexiyalı iş adamlarının daxil olduğunu deyən nazir xanım Marta Novakova bu gün Bakıda keçiriləcək Azərbaycan-Çexiya biznes forumunun əhəmiyyətini qeyd etdi və bu tədbirin iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Söhbət zamanı sənaye, infrastruktur, avtomobil sənayesi, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi.

















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











