Qərbi Zəngəzur ərazilərində 200 tarixi əhəmiyyətli türk kənd və şəhərləri dağıdılıb.
AZƏRTAC xəbər verir ki, bunu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov söyləyib.
O deyib: “Tarixdən məlumdur ki, Qərbi Azərbaycan ərazisinin əzəli yerli sakinləri Azərbaycan türkləridir. Halbuki, ermənilər bu ərazilərdə çar Rusiyasının təşəbbüsü ilə tarixin müəyyən mərhələlərində müxtəlif ölkələrdən köçürülərək məskunlaşdırılıb. İndiki Ermənistan, eləcə də Qərbi Zəngəzur ərazilərinə ermənilər XIX əsrin sonu XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən İrandan və Türkiyədən, həmçinin Yunanıstan, Suriya, Fransa və digər ərazilərdən gətiriliblər. Bu baxımdan Qərbi Azərbaycanın müxtəlif şəhərlərinə məskunlaşdırılan ermənilər dil, ləhcə və xarakter baxımından bir-biriləri ilə kəskin fərqlənirlər. Məsələn, İrəvanda yaşayan ermənilər Mehridə, Gorusda və Qarabağda yaşayanların dillərini çətin anlayırlar”.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











