Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar diaspor təşkilatları və diaspor fəalları ilə sıx əlaqədədir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Ukraynada telefon və internet əlaqəsi kəsilmədiyi üçün soydaşlarımız arasında kommunikasiya mövcuddur.
Ukraynada çoxlu sayda azərbaycanlının yaşadığını nəzərə alaraq, Ukrayna Azərbaycanlıları Radasında operativ qərargah yaradılıb. Ukraynada, xüsusilə gərginliyin hökm sürdüyü bölgələrdə yaşayan soydaşlarımız hər hansı problem yaranacağı təqdirdə +380442773489 telefon nömrəsi və [email protected] email ünvanı ilə əlaqə saxlaya bilərlər.
Mövcud vəziyyətlə əlaqədar soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin etmək məqsədilə Ukrayna Azərbaycanlıları Radasının operativ qərargahı 24 saat fəaliyyət göstərir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











