HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Irs

XANƏGAHDA MƏSCİD DAĞILIR…

Bir müddət öncə, əməkdar jurnalist Fuad Babayev sosial şəbəkələrdə Quba rayonunun Xanəgah kəndindəki XIX əsrə aid tarixi məscid binasının tamamilə dağılmaq ərəfəsində olduğunu bildirdi və həyəcan təbili çaldı.

4660 saylı və yerli əhəmiyyətli abidə haqqında…

Quba rayonunun Xanəgah kəndindəki məscid artıq tamamilə məhv olmaq ərəfəsindədir. Yaxın vaxtlarda məscidin bərpası ilə bağlı qəti və konkret tədbirlər görülməsə, gələcəkdə heç foto-şəkillərə istinadən də onu ilkin görünüşündə yenidən inşa etmək olmayacaq. Daha bir sərt qış yəqin ki, məscidin qalan divarlarının da uçulması ilə nəticələnəcək.