Mayın 7-si saat 11:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, fasilələrlə yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub. Gədəbəy rayonunun dağlarına və Quba rayonunun Qrız kəndinə qar yağıb, yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Qrızda 1 santimetr olub.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
U.Tağıyeva qeyd edib ki, mayın 7-də saat 01:17-01:19 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsinə diametri 0.5 santimetr olan dolu düşüb: “Düşən yağıntının miqdarı Qrızda 16, Balakəndə 15, Qubada 13, Xınalıq, Şəkidə 12, Qusarda 11, Zaqatalada 10, Şərur, Kürdəmir, Ləzə, Sarıbaşda 9, Bərdə, Kişçay (Şəki), Xaltanda 8, İsmayıllı, Daşkəsəndə 7, Ağdərə (Ordubad), Göygöl, Şamaxı, Mingəçevir, Ağdamda 6, Şahbuz, Gədəbəy, Şəmkir, Altıağac, Oğuz, Sabirabadda 5, Culfa, Sədərək, Ağsuda 4, Qəbələ, Yevlax, Göyçay, Tərtər, Şabranda 3, Naxçıvan, Naftalan, Qobustan, İmişli, Cəfərxan, Qax, Yardımlıda 2, Gəncə, Astara, Ordubad, Ağstafada 1 millimetr olub, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağıb”.
Xidmət rəisinin sözlərinə görə, şimal-qərb küləyinin sürəti arabir Naftalanda 21, Sabirabadda 17, Biləsuvar, Şabranda 16, Bakı, Maştağada 35, Binə, Pirallahıda 25, Neft Daşlarında 24, Çilov adasında 23, Sumqayıtda 20 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 5.2 metrə çatıb.
U.Tağıyeva güclü küləkli hava şəraitinin mayın 8-i gündüzədək, qeyri-sabit, yağıntılı hava şəraiti isə mayın birinci ongünlüyünün sonunadək davam edəcəyini diqqətə çatdırıb.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











