Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 21-də Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilmiş konfransın iştirakçılarına ünvanladığı müraciətə dair Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi bəyanatı qınayır.
Bu barədə AZƏRTAC-a İcmadan məlumat verilib.
Bildirilib ki, Ermənistan hökumətinin əsas insan hüququ olan qayıdış hüququnu təmin etmək əvəzinə, təhrif olunmuş bəyanatlar yayması, məsələnin mahiyyətini danaraq inkarçılıq xətti tutması qəbuledilməzdir.
Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan qaçması, öz ərazisində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə iş aparan keçmiş qondarma rejimin tör-töküntülərinin fəaliyyətinə imkan verməsi bu ölkənin regionda davamlı sülhdə maraqlı olmasına dair verdiyi bəyanatlarla tam ziddiyyət təşkil edir.
“İcmamız bir daha vurğulayır ki, beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə qayıdış hüququ uğrunda əzmlə mübarizəsini davam etdirəcək”, – deyə açıqlamada qeyd olunub.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











