İsrail və İran arasında yaranmış mövcud qarşıdurma ilə əlaqədar İsrail Dövlətindəki səfirliyimizdə, İran İslam Respublikasındakı səfirliyimizdə, habelə Təbriz şəhərindəki baş konsulluğumuzda yaradılmış qaynar xətlərə daxil olan müraciətlərə gündəlik əsasda baxılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib.
O deyib ki, İranı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də digər ölkələrin vətəndaşlarının quru sərhədindən keçidi istiqamətində müvafiq icazələrin alınması üçün tədbirlər davam etdirilir. İsraildə vətəndaşlarımız müvafiq olaraq qonşu Misir və İordaniyaya yönləndirilir.
Ayxan Hacızadənin sözlərinə görə, indiyə qədər İrandakı səfirliyimizə və baş konsulluğumuza ümumilikdə 500 nəfərə yaxın Azərbaycan vətəndaşının müraciəti daxil olub, onlardan 60 nəfərdən artıq vətəndaşımız sərhədi keçib. Bununla yanaşı, 51 ölkədən 1200-dən artıq müraciət hazırda nəzərdən keçirilir və onların sərhəddən keçidinə müvafiq icazələr təmin olunur.
“İsraildə olan 34 nəfər vətəndaşımızın İordaniyaya keçidi üçün müvafiq tədbirlər görülüb”, – deyə XİN rəsmisi vurğulayıb.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











