Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə başsağlığı məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubda qeyd edib: “Hindistanın Əhmədabad şəhəri yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşları da daxil olmaqla çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











