Fransanın paytaxtı Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası başlayıb.
AZƏRTAC xəbər verir ki, qurumun Komitə iclasında ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Nigar Arpadarai iştirak edirlər.
Tədbirdə qurumun aprel ayında hibrid formatda keçirilmiş iclasının protokolu təsdiqlənəcək. Rusiya Federasiyası və Ukrayna münaqişəsinin humanitar, eləcə də münaqişənin yaratdığı daxili və xarici miqrasiyaların nəticələrinə dair isveçrəli parlamentari Pyer-Alən Fridenin məruzəsi dinləniləcək və müzakirə olunacaq. Eyni zamanda, məruzəçinin Ukrayna, Slovakiya və Rumıniyaya faktaraşdırıcı səfərlərinə dair fikirləri dinləniləcək.
Həmçinin komitə iclasında müşayiət olunmayan və ayrılmış uşaqlara baxılmasına dair ukraynalı parlamentarinin məruzəsinin ilkin layihəsi nəzərdən keçiriləcək. Seçki kampaniyalarında miqrasiya, sığınacaq mövzuları və onların miqrantların qəbulu və hüquqlarına təsir nəticələri ilə bağlı qətnamə layihəsi dinləniləcək, bu məsələlər ətrafında açıq müzakirələr aparılacaq.
Komitə iclası alt-komitələrin tərkibi və müxtəlif məsələlər ətrafında müzakirələrlə işini davam etdirəcək. Milli Məclisin deputatları komitə iclasında müzakirə olunan mövzulara münasibətlərini bildirəcəklər.
Tədbirdə növbəti iclasların yeri və vaxtı müəyyənləşdiriləcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











