HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarına ehtiram məqsədilə anım tədbirləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Vətən müharibəsi şəhidləri Mehman Qənbərov, Taleh Kərimov, Rahib Babayev və Anar Heydərovun xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak ediblər.

“Ədəbiyyatımızda, mədəniyyətimizdə və tariximizdə Şuşa” mövzusunda respublika gənclər konfransına tezis qəbulu aparılır

Oktyabrın 4-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunan “Ədəbiyyatımızda, mədəniyyətimizdə, tariximizdə Şuşa” mövzusunda keçiriləcək respublika gənclər konfransına məqalə qəbulu davam edir.

Ulu Öndərin Tbilisidəki abidəsi ziyarət olunub

28 May – Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar Gürcüstanda silsilə tədbirlər davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, eləcə də səfirliyin əməkdaşları, Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamları, ictimai xadimlər Tbilisidə Heydər Əliyevin adına parka gələrək müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Liderin abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.