ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andriu (Fransa) və Ceyms Uorlik (ABŞ) oktyabrın 14-də Azərbaycana gələcəklər.APA-nın xəbərinə görə, onların dövlət başçısı İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Otuzdan çox kitabın müəllifi, səyyah, jurnalist, professor Piter Şol-Latour “TV Berlin” telekanalının “Məkanımız Berlindir” proqramına Azərbaycan haqqında müsahibə verib. Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, proqramın aparıcısı Brinkmann verilişin Piter Şol-Latourun Berlindəki evindən aparıldığını bildirdikdən sonra əsas məqsədin Azərbaycan mövzusunun müzakirəsi olduğunu söyləyib və bir sıra suallarla müsahibinə müraciət edib.
Azərbaycan torpaqlarını işğaldan azad etməyə məcbur etmək üçün Ermənistana qarşı sanksiyalar tətbiq etmək lazımdır. Trend xəbər verir ki, bu barədə cümə axşamı Bakıda Almaniya-Azərbaycan forumunun Qəyyumlar Şurasının sədri, publisist Riçard Kisler bildirib.