
Daxili İşlər Nazirliyi (DİN) Formula 1 yarışı ilə əlaqədar sürücülərə müraciət edib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə bildirilib ki, Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunduğundan sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmaları, həmçinin nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apardılar.
“Məhdudiyyət tədbirlərini anlayışla qarşılayıb dəstəkləyən, bu sahədə müəyyənləşdirilmiş tələblərə nəzarəti həyata keçirən daxili işlər orqanları əməkdaşlarının çətin və məsuliyyətli fəaliyyətini yüksək qiymətləndirən bütün vətəndaşlarımıza, eyni zamanda, polis əməkdaşlarının xidməti fəaliyyətini əks etdirən foto və videoları öz səhifələrində paylaşaraq onlara mənəvi dəstəklərini nümayiş etdirən sosial şəbəkə istifadəçilərinə dərin təşəkkürümüzü bildiririk”, – deyə müraciətdə qeyd olunub.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











