Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Heydər Əliyevin həyatının unikal səhifələri” mövzusunda tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.
Rektor professor Ədalət Muradov universitetdə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin davam etdirildiyini bildirib. Heydər Əliyevin həyatının unikal səhifələrinə həsr olunan bugünkü tədbirin Ulu Öndərin 33 il öncə, 1990-cı il iyulun 20-də Moskvadan Bakıya qayıtdığı günə təsadüf etdiyini diqqətə çatdırıb.
Rektor məşhur 91-lərdən olan professor Şahlar Əsgərovun Ulu Öndər haqqında geniş oxucu kütləsinə məlum olmayan maraqlı faktları tədbir iştirakçıları ilə bölüşəcəyini qeyd edib.
Sonra UNEC-in Ekonofizika Tədqiqat Mərkəzinin rəhbəri, YAP Siyasi Şurasının üzvü, professor Şahlar Əsgərov Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə təqdimatla çıxış edib. O, Ulu Öndərin Azərbaycan üçün miras qoyub getdiyi əvəzsiz töhfələrdən, xaricdə təhsil siyasəti, müstəqil dövlət quruculuğu, YAP-ın qurulması istiqamətindəki misilsiz xidmətlərindən bəhs edib. O, Ümummilli Lideri bütün ali keyfiyyətləri özündə birləşdirən maddi və mənəvi dəyərlərin yaradıcısı kimi xarakterizə edərək onunla bağlı xatirələrini bölüşüb, Heydər Əliyevin xalqına, dövlətinə həsr etdiyi həyatının unikal anlarını diqqətə çatdırıb.
Ulu Öndərlə bağlı professor Şahlar Əsgərovun paylaşdığı önəmli məqamlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











