İranın Kirman şəhərində törədilən partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb. Hadisə nəticəsində daha 141 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.
17:28
İranın Kirman şəhərində törədilən partlayışlar nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb. Hadisə nəticəsində daha 170 nəfər yaralanıb.
16:57
İranın Kirman şəhərində general Qasım Süleymaninin anım mərasiminin keçirildiyi qəbiristanlığın yaxınlığında törədilən partlayışlar nəticəsində azı 20 nəfər ölüb.
AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, bu barədə Kirman Təcili Tibbi Yardım Mərkəzinin rəhbəri Əmin Səbri bildirib.
Agentlik Sabridən bu sitatı gətirib: “İki partlayış nəticəsində ən azı 20 nəfər həlak olub”.
Qeyd edək ki, əvvəlcə Kirmanda bir partlayışın baş verdiyi, nəticədə 15 nəfərin yaralandığını bildirilmişdi. İran hakimiyyəti hələlik partlayışın səbəbini açıqlamayıb.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









