
Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupun ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi ilə keçən üçtərəfli İşçi qrupunun iclasında Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanatın yerinə yetirilməsi məsələləri müzakirə olunub.
İclasda 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın 9-cu bəndindən, eləcə də 2021-ci il yanvarın 11-də imzalanmış bəyanatın 2-ci,3-cü və 4-cü bəndlərindən irəli gələn vəzifələrin icrası məsələləri nəzərdən keçirilib.
Tərəflər dəmir yolu, avtomobil və qarışıq daşınmalar, daşımaların təhlükəsizliyinin, eləcə də onlara sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarətin təmin edilməsinə dair ekspert alt qruplarının yaradılması barədə qərar qəbul ediblər. Görüş iştirakçıları 2021-ci il fevralın 2-dək alt qrupları formalaşdırmaq və fevralın 5-dək onların ilk iclasının təşkil edilməsi barədə razılığa gəliblər.
Üçtərəfli İşçi qrupun növbəti iclasının Moskvada keçirilməsi qərara alınıb. İclasın vaxtı həmsədrlərlə razılaşdırılacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









