
Noyabrın 1-də Göyçay rayonunda hər il təşkil olunan ənənəvi Nar festivalı bu il fərqli formatda keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Göyçaydan Qarabağa!” adlı tədbirdə Göyçayın simvolu olan meyvələrin şahı narla yüklənən karvan ön xəttə olan cəbhə bölgəsində hərbçilərimizə göndərilib.
XV Nar festivalını – “Göyçaydan Qarabağa!” adlı tədbiri açan rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə sentyabrın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində qazanan uğurlardan danışıb. Bildirilib ki, dövlət başçısının uğurlu daxili və xarici siyasətinin nəticəsi olaraq bu gün tarixi, əbədi və əzəli torpaqlarımızın xeyli hissəsi azad olunub. Xalqımız “Biz birlikdə güclüyük” şüarı ətrafında sıx birləşərək Böyük Qələbə gününün heç də uzaqda olmadığına inanır.
Tədbirin açlışında bu il keçirilən Nar festivalını cəbhə bölgəsində olan əsgərlərimizə nar karvanının yola salınması ilə əvəz olunacağı bildirilib, rayon sakinlərinin bu tədbiri böyük razılıqla qarşıladığı diqqətə çatdırılıb. Göyçaydan Qarabağa nar karvanının yola salınmasının XV Nar festivalı kimi yadda qalacağı vurğulanıb.
Sonda avtomobil karvanı alqış və cəngi sədaları ilə cəbhə bölgəsinə yola salınıb.
Tədbir pandemiya şəraitinin qaydalarına uyğun olaraq keçirilib.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











