Qahirədə yaşayan Muxtar soyadlı jurnalistin oğlu olub. Və ata oğluna Putin adını qoyub. Beləliklə, bu gündən etibarən Misirdə Putin adlı, Muxtar soyadlı bir körpə böyüyür…
Südəmər Putinin atasından uşağa niyə Vladimir adını qoymadığını soruşan tapılıb. Gənc ata sualı cavablandıraraq deyib ki, dünyada yüzlərlə Vladimir var, amma Putin cəmi bir nəfərdir. Bu cavabın orijinallığı və sərhəd tanımayan məntiqi yersiz sualı verən adamı təqribən “Putin atalı-analı böyüsün, toyuna gələk” parametrli arzu səsləndirməyə məcbur edib.
Bu yaddaqalan hadisə haqqında xəbəri günorta vaxtı yayan fontanka.ru saytı hadisənin 12 saat əvvəl baş verdiyini qeyd edib. Demək, balaca Putin dünyaya ya Uşaqların Beynəlxalq Müdafiəsi Günündə gəlib, ya da bu günün astanasında.
Və Suriyanın Kobani şəhərindən olan 3 yaşlı Aylan Kürdinin cansız cəsədinin Bodrum çimərliyində aşkar edildiyi 3 sentyabr 2015-ci il tarixindən 9 ay sonra…
Düzü bilmirəm, Aylanı xatırlayan varmı?
Böyük Britaniyanın Lesterşir qraflığından olan 4 yaşlı Madlen Makken 2007-ci ilin mayında Portuqaliyada, ailəsi ilə istirahət edərkən yoxa çıxdı. Madlenin axtarışları hələ də davam edir…
Xocalı soyqırımında 63 uşaq öldürülüb, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 26 uşağın taleyi bu günə kimi məlum deyil.
Bəlkə doğrudan da düz eləyib Muxtar soyadlı qahirəli jurnalist?
Necə bilirsiniz?
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 135)










 
         
         
        





 
                 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





 
                    


 
 
    
   
  
     
		   
		   
		

