1994-cü ildə təkcə 100 gündə təxminən 800 min nəfər adam Ruandada etnik Hutu ekstremistləri tərəfindən qırılmışdır. Onlar Tutsi azlığının nümayəndələrini, həmçinin, etnik mənsubiyyətindən asılı olmayaraq siyasi rəqiblərini hədəf almışdılar.
Nə üçün Hutu milisləri Tutsiləri öldürmək istəyirdilər?
Ruandanın 85% əhalisi Hutulardan təşkil olunmuş, lakin, ölkədə hakimiyyətə rəhbərlik Tutsi azlığı tərəfindən həyata keçirilirdi. 1959-cu ildə Hutular Tutsi monarxiyasını devirmiş və Uqanda daxil olmaqla 10 minlərlə Tutsi qonşu ölkələrə getməyə məcbur olmuşlar. Bir qrup Tutsi sürgünü Ruanda Vətənpərvər Cəbhəsi (RVC) adlı qiyamçı qrup formalaşdıraraq 1990-cı ildə Ruandanı işğal etmişdir. Bu döyüşlər 1993-cü ildə imzalanmış sülh sazişinə qədər davam etmişdir.
1994-cü ilin 6 aprel gecəsində Hutu əsilli prezident Yuvenal Habyarimana və onun Burundili həmkarı Sayprien Ntaryamiranı daşıyan təyyara vurulmuşdur. Hutu ekstremistləri RVC-ni günahlandırmış və dərhal yaxşı təşkil olunmuş qırğın kompaniyasına başlamışdır. RVC bildirmişdir ki, soyqırım aktına bəraət qazandırmaq üçün Hutular qəsdən təyyarəni vurmuşdur.
100 Günlük Qırğının xronologiyası
- 6 aprel 1994-cü il: Prezident Habyarimana təyyarə qəzasında həlak olur
- 7 aprel: Ruanda hərbi birləşmələri və polisi Tutsiləri öldürməyə və Hutuları sakitləşdirməyə başlayırlar
- 7 aprel: Tutsi Ruanda Vətənpərvər Cəbhəsi (RVC) qiyamçıları əks hücuma keçirlər
- 11 aprel: minlərlə insan öldürülür – (mənbə: Qırmızı Xaç Komitəsi)
- 17 may: BMT Təhlükəsizlik Şurasının baş verən hadisələri soyqırım aktı adlandırmasına baxmayaraq heç bir dəstək göndərilmir
- 22 may: RVC paytaxt Kiqalinin hava limanının nəzarətini ələ keçirir
- 22 iyun: Fransız qoşunlarının olmasına baxmayaraq tutsilərin öldürülməsi “təhlükəsiz” ərazidə davam etdirilir
- 4 İyul: RVC paytaxt Kiqalinin nəzarətini ələ keçirir
Mənbə: BBC News Africa