Yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan Şirvan Araz zavodu MMC-də partlayış baş verməsi barədə Şirvan Şəhər Prokurorluğuna məlumat daxil olub.
Şəhər prokurorluğundan AZƏRTAC-a bildirilib ki, ilkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin – 1992-ci il təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu və 1999-cu il təvəllüdlü İmanov Məhəmməd İlham oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyənləşdirilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir.
Hadisənin zavodun sexlərindən birində minaatan silahın 120 millimetrlik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









