
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb. İki qızıl, üç gümüş medal qazanan yığma 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub.
Daha öncə Azərbaycanın sərbəst güləş tarixində də belə uğur olmayıb. Buna qədər ən yaxşı nəticələr sərbəst güləşdə 2009 və 2010, yunan-Roma güləşində isə 2015 və 2022-ci ildə qeydə alınıb. Həmin dünya çempionatlarında Azərbaycan yığmaları komanda hesabında ikinci yeri tutub.
Yunan-Roma güləşi üzrə milli həm medalların əyarına, həm də toplanan xallara görə də dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsinə imza atıb.
Mundialda İran (102) ikinci, Türkiyə (93) isə üçüncü yeri tutub.
Xatırladaq ki, bu yarışda Eldəniz Əzizli (55 kiloqram) ilə Rafiq Hüseynov (82 kiloqram) dünya çempionu olub. Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) isə gümüş medal qazanıb. Komanda 67 və 77 kiloqramda Olimpiadaya lisenziya əldə edib.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











