Rusiya imperiyasının XIX yüzilin başlanğıcından Azərbaycan torpaqlarını yeni işğal cəhdi faktik olaraq müharibəyə çevrilmişdi. Çar hökuməti Azərbaycanın xanlıqlara parçalanmasından istifadə edərək, bu prosesdə həm silah, həm də müqavilələr bağlanmasından istifadə edirdi. Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) silah gücünə işğal edilmişdi.
Eçmiədzində meydana gələn erməni kilsə tarixi ədəbiyyatından fərqli olaraq, keçmiş İstanbul patriarxı Malaxiya Ormanian fransız dilindən rus dilinə tərcümə edilmiş kitabında (1913) Alban kilsəsi haqqında yazır ki, Xəzər Albaniyası taxtı XIX əsrin əvvəllərində ləğv olunmuşdur, yəni o, Alban kilsəsinin ləğvini etiraf edir.
Hazırda Ermənistan Respublikası adlanan Qərbi Azərbaycan ərazisindəki azərbaycanlı kəndlərinin və rayonlarının adlarının dəyişdirilib erməni adları ilə əvəz olunması (231 kənd və rayon) və azərbaycanlı əhaliyə qarşı göstərilən digər demoqrafik təzyiqlər Ermənistan SSR yaradılan zamandan (1920-30-cu illər) başlayaraq 1988-ci ildə son kulminasiya həddinə çatdı.
İşğaldan azad edilmiş ərazilərdə sayca 25-ci kütləvi məzarlıq aşkarlanıb. AZƏRTAC xəbər verir ki, bunu Xocalıda jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.
Çarizm Şimali Azərbaycan torpaqlarını işğal etdikcə, bu torpaqlarda möhkəmlənmək üçün həmçinin, əhalinin erməniləşdirilməsi siyasətini də həyata keçirirdi. 1828-ci il Türkmənçay müqaviləsindən sonra bu hal daha müntəzəm və məqsədyönlü xarakter almağa başladı.
“Böyük Ermənistan” adlanan coğrafi vilayət həqiqətən də “böyük” olduğu üçün deyil, “Kiçik Ermənistan” vilayətinə nisbətən bir qədər “böyük” olduğu üçün belə adlandırılırdı.
Bakı şəhərinin Nəsimi rayonunda Qərbi Azərbaycan İcmasının, Nəsimi Rayon İcra Hakimiyyətinin, YAP Nəsimi Rayon Təşkilatının və Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: deportasiya və tarixi ədalət” adlı tədbir keçirilib.
Aprelin 9-u saat 19:25-dən 19:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəznəvar və Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Xocalı şəhərinə yola salınıb.
1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.
Onun yaratdığı sənət əsərləri danışır. Onun sehrli barmaqlarından çıxan hər bir əsər keçdiyi ömür yolunun bariz nümunəsidir. Rəngarəng əsərlərin qəhrəmanı ilə həm danışmaq, həm də bu rənglərin işığından keçdiyi ömür yoluna nəzər salmaq imkanımız oldu. 57 illik bir sənət fəadaisinin ömür yolunu vərəqlədikcə illərin heç də hədər getmədiyinin bir daha şahidi olduq. Öyrəndik ki, könlünü bu sənətə lap uşaqlıqdan bağlayıb.
BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Teymur Qasımlının “Siyasi kommunikasiya” adlı yeni kitabı işıq üzü görüb.